Saytımız xoşunuza gəlirmi?
Normal
Bəli
Xeyr
Bilmirəm




Adıniz
E-mailiniz
Mesajınız

Əsas Yük Terminalı

Əsas Yük Terminalı Bakı şəhərinin hüdudlarında yerləşir. Terminal qablaşdırılmış, dənə-ədəd, konteyner, qalaq-səpkili ixrac-idxal və tranzit yüklərin aşırılması üçün nəzərdə tutulmuşdur.

İxrac-idxal üzrə yükaşırmanın strukturunda əsas yeri metal və metalloprokat, maşın və avadanlıq, qalaq-səpkili yüklər, tranzit üzrə isə müxtəlif qağlaşdırılmış və dənə-ədəd yüklər tutur.

Terminal ildə 2 milyon tonadək yük aşırmaq gücünə malikdir.

Terminal ümumi uzunluğu 866 metr olan 6 körpüdən ibarətdir; onlardan biri RO-RO tipli gəmilərin qəbulu və yüklənib-boşalması üçün nəzərdə tutulmuşdur. Körpülər boyu dərinliklər 7 metr təşkil edir. Körpülər, yükqaldırma qabiliyyəti 5 tondan 40 tona qədər olan 16 portal kranla təchiz olunmuşdur. Terminalda yükqaldırma 1,5 tondan 10 tona qədər olan avtoyükləyicilər, 100 ədəd rolltreyler və Sİ SU tipli liman dartıcısı vardır.

Terminalda eyni zamanda 3 gəmi, 150-yə qədər vaqon və 100-ə dək avtomaşın işlənə bilər.

Dalan dəmiryollarının ümumi uzunluğu 8 km-dir.

Manevrlər 4 teplovoz vasitəsi ilə həyata keçirilir. Terminal, yüklərin çəkilməsi üçün dəmiryolu və avtomobil tərəziləri ilə təchiz olunmuşdur.

Terminalın açıq yük anbarlarının ümumi sahəsi təxminən 24 000 kv. m., bağlı anbarların ümumi sahəsi isə 10 000 kv. metrdir.






.::Hava::.



© All rights reserved.
2003 Design & Hosting by NUR Design