Konteyner terminalı

Konteyner Terminalı Əsas Yük Terminalının bazasında yaradılmış və bütün tiplərdən olan konteynerlərin, o cümlədən 40 futluq konteynerlərin aşırılması üçün nəzərdə tutulmuşdur. Terminal ildə 15 000-ə dək konteyner qəbul etmək imkanına malikdir.

Terminaldakı bağlı anbarların sahəsi 1600 kv. metrdir. Terminalın idarə edilməsi beynəlxalq standartlara cavab verən müasir kompyuter sistemi vasitəsi ilə həyata keçirilir.

Konteyner Terminalı müasir yükaşırma avadanlığı- 42 tonluq y/q qabiliyyəti olan Kalmar tipli avtoyükləyici və 40 tonluq y/q qabiliyyəti olan Kalmar tipli ştabelyığıcı, Terberq tipli 2 liman dartıcısı, 6 ədəd Planmarin tipli yedək, Hayster tipli 3 avtoyükləyici ilə təchiz olunmuşdur.

Dəmiryol xətti terminalın beynəlxalq konteyner daşımalırı xətlərinə çıxışını təmin edir.