
Liman Kapitanı - Limanın Baş direktoruna tabe olub, vəzifəsi liman akvatoriyasında hərəkət edən gəmilərin hərəkətinə nəzarət və onlara cavabdehdir. Akvatoriyada əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (
www.caspar.baku.az) gəmiləri yükdaşıma işləri ilə müşğul olur. Gəmilərinin hərəkətinə və qeydiyyatına isə Azərbaycan Respublikası Dövlət Dəniz Adminstrasiyası (
www.ardda.org) ilə əməkdaşlıq çərçivəsində nəzarət olunur. Tərkibində Liman Nəzarəti müfəttişliyi- fəaliyyət göstərir. Bu müfəttişliyin fəaliyət dairəsi
- cənubdan - Şıxov burnundan «Böyük Zirə» adasının şimal-qərb qurtaracağına qədər gedən xətt, adanın şimal sahili boyunca;

- sonra burnundan «Böyük Zirə» adasının şimal-şərq qurtaracağından «Sultan» burnuna qədər;

- Şimaldan «Sultan burnundan Şıxov burnuna qədər sahil xətti ilə məhdudlaşan sahəni əhatə edir. Vəzifəsi yuxarıda göstərilən sahədə yerləşən və inşaa edilən hidrotexniki qurğuların texniki vəziyyətinə nəzarət, limana gələn, liman akvatoriyasında hərəkət edən və dayanan, limanı tərk edərək dənizə gedən gəmilərin təhlükəsizliyini təmin etməkdir.

Liman müfəttişliyinin və Gəmilərin Hərəkətini İdarə Etmə Mərkəzinin yüksək səviyyəli ixtisasa malik kadrları gecəli-gündüzlü sahil, dəniz hidrotexniki qurğularının, gəmilərin texniki vəziyyətini nəzarətdə saxlayır, gəmilərin hərəkəti zamanı, lövbər və ya körpüdə dayandığı vaxtlar onların qarşılaşa biləcəyi maneə və təhlükələr barədə qabaqcadan xəbərdar edir, onların hərəkətini tənzimləyir, hava şəraiti barədə və daha optimal iş variantları barədə məlumatlar çatdırır.

Liman müfəttişliyinin Gəmilərin Hərəkətini İdarə Etmə Mərkəzi müasir radiotexniki avadanlıqla təchiz olunmuşdur və gəmilərin sahillə operativ əlaqə yaratmasına, bədbəxt hadisə baş verərsə təcili xilasetmə işlərinin başlanması və idarə olunmasına imkan yaradır. Limanın dənizdə 10 mil məsafədə nəzarət etdiyi sahədə, dəniz nəqliyyatı ilə bağlı fəaliyyətlə məşğul olan hər bir müəssisə Liman nəzarəti müfəttişliyi ilə əlaqə saxlamasından ancaq faydalana bilərlər.