Liman Donanması

Liman donanması yedəkçiləri, bunker gəmilərini, işlənmiş suları yığan gəmiləri, neftyığan gəmiləri, losman və yanğınsöndürən katerləri, kran gəmisini özündə birləşdirən 20 gəmidən ibarətdir.
Donanma, nəqliyyat gəmilərinə xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Liman donanmasının tərkibinə həmçinin, əhaliyə və şəhərimizin qonaqlarına xidmət göstərən gəzinti katerləri daxildir.