Sərnişin terminalı

Körpülərinin ümumi uzunluğu 340 metr olan Sərnişin Terminalı yerli və xarici sərnişin gəmilərinin qəbul edilməsi üçün nəzərdə tutulmuşdur.

Perspektivdə terminaldan xəzəryanı ölkələrin limanları arasında müntəzəm reyslər edən sərnişin gəmilərinə xidmət etmək üçün istifadə edilməsi gözlənilir.

Hazırda rekonstruksiya fazasında olan Dəniz Vağzalının binası, sərnişinlərin yüksək səviyyəli istirahətini təmin edən ən müasir avadanlıqla təchiz olunacaqdır.

Sərnişin Terminalının körpülərindən neftçilərin gündəlik olaraq Neft Daşlarına daşınılması həyata keçirilir.